Türkiyədə son 24 saat ərzində 71 nəfər yeni növ koronavirusun (COVID-19) qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da koronavirusdan ölənlərin ümumi sayı 28 503 nəfərə yüksəlib.
Ölkədə 9 193 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 693 164 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 8 938 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 565 723 nəfər təşkil edir.