1 Mart 2021 08:45
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq Prezidenti Donald Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib.

Teleqraf.com xəbər verir ki, bunu D.Tramp Orlando şəhərində (Florida ştatı) Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden administrasiyanın rəhbəri kimi əsas vəzifəsini - ABŞ qanunlarının icrasını - bacarmayıb.

Respublikaçı bu səbəbdən "demokratların aralıq seçkilərində sarsıdıcı məğlubiyyət alacaqlarına və 4 ildən sonra Ağ Evi mütləq itirəcəklərindən" əminliyini ifadə edib: "Onlar artıq Ağ Evi itiriblər. Kim bilir, bəlkə onları üçüncü dəfə məğlub etməyə qərar verəcəyəm".


Müəllif: Teleqraf.com