İsrail Silahlı Qüvvələri Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Suriyanın SƏNA aganetliyi çıxış edib.
Məlumatda İsrail Silahlı Qüvvələrinin gecə saatlarında Qolan Təpələrindən Əsəd rejiminin Dəməşq şəhərinin mərkəzindəki bəzi mövqelərinə hava zərbələri endirdiyi iddia olunub.
Hücuma əks-cavabın verildiyi, raketlərin bəzilərinin havada zərərsizləşdirildiyi vurğulanıb.
Məsələ ilə bağlı İsraildən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Dəməşqdə rejim ordusundan başqa İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən xarici terror qruplaşmalarına aid hərbi postlar da var.