27 Oktyabr 2014 08:37
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdəki ümumi seçkidə qutuların 57 faizi artıq açılıb. İlkin nəticələrə görə, Tunisin Səsi Partiyası 39, Nahda Hərəkatı 33, Respublika üçün Konqres Partiyası 5,8, Vəfa Hərəkatı 5,3 Xalq Cəbhəsi 4,3, Tunis üçün Birlik Partiyası 3,3 faiz səs toplayıb.

Teleqraf.com-un məlumatına görə, Tunisdə yerli saatla 07.00-da açılan qutular səsvermənin tamamlanmasından sonra 18.00-da bağlanıb və səslərin sayılmasına başlanılıb.

Tunis Müstəqil Ali Seçki Komissiyası seçkidə iştirakın 61,8 faizə çatdığını bildirib.

Xatırladaq ki, bu, 1956-cı ildən sonra ölkədə keçirilən ilk demokratik parlament seçkiləri sayılır.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər