Coğrafi cəhətdən Yəmənin orta hissəsində yerləşən əl-Bəydə elində Husilər ilə bölgədəki qəbilələr arasında yaranan qarşıdurmada çoxu Husi nümayəndəsi olmaqla 30 adam həlak olub.
Teleqraf.com-un yerli qaynaqlara istinadən əldə etdiyi məlumata görə, hadisə əl-Bəydə elinə bağlı əl-Menasih bölgəsində yaşanıb. Husi Ənsarullah Hərəkatı ilə bölgədəki qəbilələr arasında meydana gələn narazılıq sonda onlarla insanın həyatını itirməsi ilə nəticələnib.
Bölgədə xeyli müddətdir ki, Ənsarüş Şəria təşkilatının əlindəki Menasih bölgəsinin idarəsini ələ keçirmək üçün bu qurumla Husiler arasında şiddətli toqquşmalar yaşanır.
Nail Cəlil