2 Mart 2021 16:05
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Bayden administrasiyası İraq, Suriya, Qarabağ (Azərbaycan), Aralıq dənizinin şərqi və digər bölgələrdə baş verən proseslərlə əlaqədar Türkiyə ilə əməkdaşlıq etmək istəyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Bayden administrasiyası beynəlxalq qurum və təşkilatların gücləndirilməsini hədəfləyən xarici siyasət perspektivlərinə sahib olduqlarını bildirir. Bu çərçivədə həm Transatlantik ittifaqı, həm də NATO və digər ittifaq sistemlərini gücləndirmək üçün addım atacaqlarını söyləyir. Türkiyəni bu baxımdan qiymətləndirdiklərini bilirik. Bu təəssüratı həmkarlarımla görüşümdən aldım. Türkiyənin strateji əhəmiyyəti nöqteyi-nəzərindən, İraq, Suriya, Qarabağ (Azərbaycan), Aralıq dənizinin şərqi və digər bölgələrdə baş verən prosesləri nəzərə alsaq, bizimlə əməkdaşlıq etmək istəyəcəklər. Bu ümumi strateji çərçivədə bir problem görmürəm”, - Kalın qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu