2 Mart 18:32

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani martın 3-də Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Gürcüstanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsi, regional mövzular müzakirə olunacaq.


Müəllif: Teleqraf.com