Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın ölkəsinə qarşı birtərəfli və qanunsuz sanksiyalar tətbiq etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Lavrov müxalifət lideri Aleksey Navalnının həbsindən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyaları artırdığını deyib.
“Amerikalı həmkarlarımız və onlardan nümunə götürən Avropa Birliyi həmişə səbəbsiz olaraq sanksiya tətbiq edirlər”, - nazir qeyd edib.
Lavrov ABŞ-ın mümkün sanksiyalarına cavab verəcəklərini bildirib: “Mütləq reaksiya göstərəcəyik. Heç kim diplomatiya qaydalarını pozmayıb”.