3 Mart 2021 00:39
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 68 nəfər vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistik hesabatda qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 837 nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7892, ağır xəstələr isə 1227 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 723 316 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 586 073 nəfər sağalıb, 28 706 nəfər isə həyatını itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər