3 Mart 2021 10:54
3 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın diqqəti Qara dənizdə keçirilən “Poseidon-2021” təlimlərindədir. Rus mütəxəssislər təlimlərin əsas məqsədinin Rusiyanı hədəfə almaq olduğunu iddia ediblər.

Teleqraf.com xəbər verir ki, ABŞ qüvvələri Alexandroupolisə çıxdıqdan sonra ruslar hədəfin Rusiyanın Qara dənizdə fəaliyyətinə qarşı addım atmaq olduğunu qeyd etməklə yanaşı, fevralın 27-dən etibarən ABŞ helikopterlərinin digər qüvvələrə qatılmaq üçün Yunanıstana gətirildiyinə xüsusi vurğu edirlər.

Rusların iddiasına görə, Rumıniyanın Köstencə limanında keçirilən “Poseidon-2021” dəniz təlimləri quru qüvvələri və “düşmənin” hərbi gəmilərinə, sualtı qayıqlarına “qarşı” ABŞ hava qüvvələrinin qırıcı təyyarələrinin uçuşları ilə start götürüb.

“Yunanıstanın Alexandroupolis limanındakı “Avropanın müdafiəçisi” hazırlıqları çərçivəsində 1-ci briqada ABŞ helikopterlərinin ilk partiyasını və avadanlıqları qəbul etməyə başlayıb. Bu NATO əməliyyatı ittifaqın şərq tərəfini gücləndirməyi hədəfləyir. İttifaq Qara dənizdə təlim döyüş tapşırıqlarını da inkişaf etdirəcək”, - rus mediası qeyd edib.

Həm NATO, həm də Pentaqonun yeni rəhbəri L.Austin bölgədəki əsas hədəfin Ukraynanı Rusiya ilə qarşıdurmada dəstəkləmək kimi qiymətləndirib.

“Poseidon-2021” təlimlərinə qatılan SNMCMG2 mina daşıyıcıları Ukraynanın Odessa limanını ziyarət edərkən Ukrayna donanması da NATO-nun təlimlərinə qatılması real görünür. Təlimlərə Yunanıstan, İspaniya, Rumıniya və Türkiyədən 10-dan çox qırıcı qatılıb.

Rumıniya radiosuna görə, təlimlər dəniz təhdidlərinə qarşı müharibə ssenarilərini, NATO-nun quru birlikləri tərəfindən hidroqrafik kəşfiyyat, minaların təsbit edilməsi və zərərsizləşdirilməsi, ABŞ qırıcıları və quru qüvvələrinin müxtəlif fəaliyyətlərinin həyata keçirilməsini əhatə edəcək.

Məsələn, Rumıniyada NATO təlimlərinə qatılan “Puma” helikopterləri torpedolarla təchiz edilib. Onlar təkcə gəmiləri deyil, həm də sualtı qayıqları məhv etmək üçün nəzərdə tutulub.

Rusiyalı hərbi mütəxəssis Oleq Svendkov hesab edir ki, Qara dənizdə keçirilən təlimlər NATO üçün hazırlanır: “Poseidon-2021” adı altında keçirilən təlimlər eyni zamanda Rusiyaya qarşı tədbirlər və Türkiyə ilə əlaqədardır”.

Moskva təlimləri Qara dəniz bölgəsində bir təhdid olaraq görür. Ən təhlükəlisi isə Türkiyənin Krımla bağlı təhdid ssenarilərinə daxil olması sayılır.

Rus hərbi mütəxəssisə görə, Ankaranın Krım və Moldovada yaşayan türklərlə birləşərək Kremli əsəbləşdirəcək əlaqələrdən bəhs oluna bilər. Ona görə Rumıniyadakı NATO-nun fəaliyyəti Moldova hökumətinə Dnestryanı bölgədəki durumu həll etmək arzusu kimi görülə bilər: “Moskvanın bölgədəki maraqlarını siyasi, hərbi və diplomatik yollarla müdafiə edəcəyinə əminəm. NATO Mantro anlaşmasına əsasən bölgədəki koalisiya dövlətləri ilə məsuliyyət zonasında təlimlər keçirir”.

Digər bir rus hərbi mütəxəssisi Şamil Qarayevə görə, oxşar əməliyyatlarda - Liviya, Suriya və İraqda özünü təsdiq edən 4-cü nəsil fransız “Rafale” döyüş təyyarələri burada olacaq və bu, Rusiya üçün təhdid yaradacaq.


Müəllif: Nemət