Ukraynda keçirilən parlament seçkilərində seçici aktivliyi 52,42 % təşkil edilib.
Teleqraf.com-un xəbərinə görə, Ukrayna MSK 198 seçki dairəsi üzrə nəticələri açıqlayıb.
Ən yüksək seçici aktivliyi dairələr üzrə belə olub: Lvov vilayəti - 70%, Ternopol - 68,28%, Volinsk - 64,85%, İvano-Frankova - 63,73%.
Kifayət qədər fəallıq isə bu bölgələrdə qeydə alınıb: Rivnensk vilayəti - 59,58%, Xmelnitskaya - 60,21%, Jitomir - 56,67%, Vinniç - 58,08%, Çerkass - 56,05%. Kiyev vilayəti - 57,24%, Çerniqov - 56,95%.
Bir qədər zəif nəticələr Sumsk - 54,64%, Poltava - 54,53%, Kirovoqorod - 53,72%, Dnepropetrovskda - 47,86% qeydə alınıb.
Ən aşağı göstəricilər cənub-şərqdə və Zakarpatyedə müşahidə olunub: Luqansk vilayəti - 32,87%, Donetsk - 32,4%, Xarkov - 45,32%, Zaporojye - 47,19%, Xerson - 41,36%, Nikolaev - 42,8%, Odessa - 39,52%, Zakarpatye - 44,68%.
Kiyevdə seçici fəallığı 55,86 % olub.
Nihad