3 Mart 2021 13:26
2 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Haaqa şəhərində şifrələnərək qatlanan məktubun sirri 300 il sonra X-ray skaner üsulu ilə açılıb.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər 1689-1706-cı illər arasında yazılmış 577 şifrəli məktubun yer aldığı sandıqdakı sirri həll etmək üçün hərəkətə keçiblər.

Sandıqdakı şifrələnmiş bir məktubu seçən mütəxəssislər məktuba zərər vermədən şifrəsini açmaq üçün xüsusi proqramdan istifadə ediblər. Mütəxəssislər 300 il sonra ilk dəfə açmağı bacardıqları məktubların “məktub kilidləmə texnikası” ilə qatlandığını deyiblər.

X-ray skanerindən və xüsusi proqram texnikasından istifadə edərək, 31 iyul 1697-ci il tarixli şifrələnmiş məktubun içini fiziki olaraq açmadan oxuya biliblər. Məktubun içində Jak Sennak adlı bir şəxsin Daniel Lyö Persin ölüm hesabatının bir nüsxəsini Haaqada tacir olan əmisi oğlu Pyer Lyö Persə göndərməsi haqda məlumat yer alıb.

Məktubla dolu sandığın Simon de Brien adlı bir poçt müdiri və həyat yoldaşı Mari Jermenə məxsus olduğu və 1926-cı ildə Haaqadakı bir muzey tərəfindən satın alındığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu