Myanmada etirazçılar və polislər arasında toqquşmalar baş verib.
Teleqraf.com-un məlumatına görə, bunu brifinq zamanı BMT-nin xüsusi elçisi Kristin Şraner Burqener deyib.
Onun sözlərinə görə, polislər etirazçılara qarşı odlu silahdan istifadə ediblər:
"Bu gün fevralın 1-i baş verən çevrilişindən bəri ən pis gün idi. Toqquşmalar zamanı 38 nəfər ölüb, fevralın 1-dən bəri ümumi ölənlərin sayı 50 nəfəri keçib".