4 Mart 2021 10:48
3 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının lideri Papa Frensisk İraqa rəsmi səfərə gələcək.

Teleqraf.com xəbər verir ki, üç gün davam edəcək səfər sabah başlayacaq.

Papa tarixi səfərdən əvvəl İraqda yaşayan türkmənləri qəzəbləndirən addım atıb. Kürd, ərəb və süryani dillərində mesaj verən papa türkmənləri görməzdən gəlib.

İraq Türkmən Cəbhəsinin sözçüsü Mehmet Səman Papa Franesiskin bu addımını “biabırçılıq” adlandırıb.

O, papanın İraq səfərində qardaşlıq və sülh mesajları verdiyini xatırladıb: “Erməniləri, süryaniləri, ərəb və kürdləri etnik və dini anlamda salamlayan Papa Frensisk türkmənləri heçə saydı”.

Martın 5-də başlayacaq səfər çərçivəsində papa əvvəlcə Bağdada gedəcək, daha sonra Nəcəf və Ur şəhərlərində olacaq. Frensisk Nəcəfdə şiələrin lideri Əli əs-Sistani ilə görüşəcək. Bundan sonra yezidilərlə görüşəcək papa martın 7-də Ərbildə olacaq. Eyni zamanda, Mosul və Qaraquşa da gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu