İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 22 865 nəfərin yoluxduğu təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 339 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 98 974 nəfərə çatıb. Ölkədə hazırda 446 439 aktiv koronavirus xəstəsi var, onlardan 2475-i ağır vəziyyətdədir.
Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 999 119 nəfərdən 2 453 706 (son sutkada 13 488 nəfər) sağalıb.