27 Oktyabr 2014 13:01
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Aeroflot" aviaşirkəti Moskva və Tbilisi arasında altı illik fasilədən sonra ilk dəfə olaraq müntəzəm reysləri bərpa edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib. Yayılan xəbərlərə görə, dünən gecə Moskvadan havaya qalxan təyyarə 03:10 radələrində Tbilisi hava limanına eniş edib.

Rəsmilər Rusiyanın "Qlobus", "Transaero", "Sibir", "Ural hava yolları" və "Aeroflot" aviaşirkətlərinin Tbilisiyə müntəzəm uçuş həyata keçirməsi üçün icazə aldıqlarını bildirir.

Xatırladaq ki, 2006-cı ildə yaranan gərginlik Rusiya ilə Ukrayna arasında əlaqələrin kəsilməsinə səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər