Roma papası I Fransisk pandemiya dövründə 15 ay ərzində ilk xarici səfərini edib.
Teleqraf.com-un məlumatına görə, papa Fransiskin İraq səfəri başlayıb.
Martın 8-dək davam edəcək səfər zamanı o, İraq şiələrinin lideri, Ayətulla Əli Sistani ilə görüşəcək, eləcə də Ərbil şəhərində dini ayin keçirəcək.
Bundan başqa, Roma papası Mosul və Nəcəf şəhərlərində olacaq. İraqda onu 74 jurnalist müşayiət edəcək.
Səfərdən əvvəl I Fransisk Vatikanda onu müşayiət edən rəsmilərlə birgə koronavirusa qarşı peyvənd olunub.