“Ermənistan Prezidenti Armen Sərkisyan artıq ölkənin yeni Konstitusiyasında nəzərdə tutulduğu kimi nüfuzlu şəxs deyil”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Markedonov Sərkisyanın səlahiyyətlərində “lent kəsən”dən başqa kimsə olmasa da, indi getdikcə siyasi hadisələrin həqiqi iştirakçısına çevrildiyini qeyd edib:
“2020-ci ilin noyabrında erkən seçkilərə ehtiyac olduğunu bildirdi və indi danışıqlar prosesinin moderatoru kimi çıxış edir. Parlament, müxalifət və hətta Silahlı Qüvvələr arasındakı danışıqların mövzuları buna gətirib çıxarır. Baş qərargah rəisinin istefası məsələsində də prezident Baş nazir Nikol Paşinyanın qərarını imzalamaqdan imtina edərək açıq mövqe bildirdi”.
Ekspert Armen Sərkisyanın Paşinyan üçün baş ağrısına çevrilə biləcək siyasi fiqur olacağını istisna etməyib.