İraq hökumət qüvvələri Bağdaddan cənubda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarətində olan Curf Əl-Sahar bölgəsini azad ediblər.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, toqquşmalar nəticəsində İŞİD-in 300 döyüşçüsü öldürülüb.
Rəsmilər əməliyyatlarda İraq ordusunun 67 əsgərinin də həlak olduğunu və regionda vəziyyətin gərginləşdiyini qeyd edirlər.
Samir