6 Mart 2021 20:38
5 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Fransa diplomatları keçən ilin sonlarında gizli şəkildə adıçəkilən ölkələrdən qovulublar.

Teleqraf.com xəbər verir ki, bu barədə fransız nəşri “Les Echos” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyanın Parisdəki səfirliyinin iqtisadi xidmətinin işçilərindən biri casus olduğu iddiasıyla qovulub. Buna cavab olaraq Rusiya da Fransanın Moskvadakı səfirliyinin iqtisadi şöbəsində çalışan diplomatlardan birini ölkədən çıxarıb.

Fransanın Rusiyadakı diplomatik nümayəndəliyi bu məlumata açıqlama verməyib.

Rusiyanın “Kommersant” qəzeti də Fransanın Moskvadakı səfirliyi və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin departamentlər buna şərh verməkdən imtina edib.

Qeyd edək ki, ötən ay Almaniya, Polşa və İsveç rus diplomatlarını “persona non qrata” elan etdikdən sonra ölkədən çıxarmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər