Türkiyə Dəyanət İşləri naziri Əli Ərbaş yeni növ koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ərbaş özü sosial mediada məlumat yayıb.
"Dünən verdiyim COVID-19 testi pozitiv çıxıb. Çox şükür vəziyyətim yaxşıdır. Müalicə alıram, inşallah xəstəliyi yüngül keçirərəm", - deyə nazir qeyd edib.