7 Mart 2021 01:11
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 64 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 28 965 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 11 770 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 769 230 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 7 291 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 616 139 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com