Rusiyanın İrandakı səfiri Levan Caqaryan İranın ali rəhbəri ayətullah Əli Xamenei ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov məlumat yayıb.
Suslov diplomatın Rusiya prezidentinin cavab məktubunu Xameneiyə təqdim etdiyini söyləyib.
Onun sözlərinə görə, məktub ikitərəfli münasibətlərin gücləndirilməsi və beynəlxalq problemlərin həlli barədədir.
Xatırladaq ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya səfəri zamanı İranın ali rəhbərinin məktubunu Vladimir Putinə təqdim etmişdi.