7 Mart 12:24
233

Gürcüstanda ötən gün yeni növ koronavirusa (COVID-19) 234 yoluxma halı qeydə alınıbş

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Məlumata görə, son sutkada 9 nəfər COVID-19-dan vəfat edib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların sayı 272 851 nəfərə, ölənlərin sayı 3 576 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 266 693 nəfəri sağalıb.


Müəllif: Teleqraf.com