7 Mart 2021 18:29
3 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada belaruslu həmkarı Viktor Xreninlə bir araya gələrək kritik müqavilə imzalayıblar.

Teleqraf.com xəbər verir ki, Qərb ölkələrini özləri üçün təhlükə hesab edən Belarus və Rusiya razılaşma ilə 3 kritik bölgədə hərbi mərkəz qurmağa qərar verib.

Razılaşmaya əsasən, bu hərbi mərkəzlərdən biri Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində qurulacaq.

Digər 2 hərbi mərkəz Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Polşa sərhədindəki Kalininqrad bölgəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər