İngiltərə növbəti 3 il üçün Somaliyə ümumilikdə 37 milyon avro yardım edəcəyini bildirib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, yardım Somali iqtisadiyyatını yenidən canlandırmaq, dövlət qurumlarının yenidən inşa edilməsi, xüsusilə gənclər üçün iş imkanlarının genişləndirilməsi məqsədilə istifadə ediləcək. Göstərilən məbləğdən artıq 6 milyon avro oktyabrda Somaliyə göndərilib.
Bundan əlavə göndəriləcək yardımın dünya bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi qeyd olunur.
Samir