7 Mart 2021 20:25
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Lion şəhərinin Vez məhəlləsinin sakinləri İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirmək əməliyyatı zamanı evakuasiya edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "France 3" dövlət telekanalının regional bölməsi bildirib.

Məlumata əsasən, tələbə yataqxanasının inşası zamanı 150 kq-dan çox partlayıcı maddə olan bomba tapılıb. Sapyorlar partlayıcı maddəni bombadan çıxardıqdan sonra bildiriblər ki, o daşınma zamanı təhlükəli ola bilər.

Bununla əlaqədar olaraq, şəhər hakimiyyəti məhəllə sakinlərinin hamısının müvəqqəti olaraq təxliyə edilməsinə qərar verdi.

Meriya sakinləri beş idman zalında yerləşdirib.


Müəllif: Teleqraf.com