8 Mart 2021 08:25
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "El Pais" nəşri Avropa ölkələrini pandemiya və məcburi təcridlərin səbəb olacaqları yeni təhlükə barədə xəbərdar edib.

Teleqraf.com xəbər verir ki, təqdim olunan statistikaya görə, koronavirus məhdudiyyətləri doğum saylarının azalmasına səbəb olub.

Bu göstərici İspaniyada dekabr və yanvar aylarında keçən ilin eyni dövrünə nisbətən 22,6 faiz azalıb. "El Pais" analoji vəziyyətin qonşu Avropa ölkələrində də qeydə alındığını bildirir. Belə ki, məsələn İtaliyada eyni müddətdə azalma nisbəti 21,6, Fransada isə 13 faiz təşkil edib.


Müəllif: Teleqraf.com