8 Mart 2021 11:40
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan “S-400” sistemlərinin alınması qərarı bir gecədə qəbul edilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“S-400” qərarı Türkiyədə bir gecədə verilməyib. “S-400”-lər NATO-nun müdafiə sisteminə inteqrasiya edilməyəcək”, - Kalın bildirib.

İbrahim Kalın ABŞ-ın YPG terror təşkilatına verdiyi dəstəklə bağlı bunları söyləyib: “Bu, ABŞ rəhbərliyi ilə ciddi anlaşılmazlığa yol açır”.

Prezidentin sözçüsü Türkiyə-Rusiya münasibətləri haqda danışarkən, tərəflər arasında bir sıra məsələlərə dair fikir ayrılıqlarının olduğunu vurğulayıb: “Hər məsələdə anlaşmırıq, amma konstruktiv dialoq var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər