8 Mart 2021 15:02
4 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna ordusu son illər güclənib, ABŞ-dan modern texnika alınıb, Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukrayna ətrafında yarannmış gərgin situasiyaya diqqət çəkib:

“Kiyedəki dostlarımla, o cümlədən Ukrayna Xarici İşlər Nazirliyindəki diplomatlarla əlaqə saxladım. Onlar Ukraynanın şərqində gərginliyin artdığını və atəşkəsin intensiv pozulması hallarının hər an böyük toqquşmalara keçə biləcəyini bildirdilər. Bu hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir.

Ukrayna ordusu son illər güclənib, ABŞ-dan modern texnika alınıb. Kiyev ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan kimi Ukraynanın da buna haqqı var. Ancaq qarşı tərəf də boş dayanmayıb. Donbasdakı separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki, müharibə başlasa daha çox torpaq zəbt edəcəklər. Separatçılar Rusiyanın hərtərəfli dəstəyinə arxayındılar. Kreml də öz növbəsində Kiyevi hədələməkdə davam edir, müharibənin başlayacağı halda Donbassın Rusiyaya birləşdiriləcəyi açıqlamalarını səsləndirirlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir.

Ekspert bildirib ki, Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa eynisini Azərbaycan XİN səsləndirməlidir: “Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər