8 Mart 2021 22:28
6 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyəti, xüsusən Baş nazir Nikol Paşinyan müxalifətin passivliyindən və parçalanmasından istifadə edir, vaxt qazanmağa və mövqelərini gücləndirməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

O, hesab edir ki, Ermənistan baş naziri hazırda xarici ölkələrdən, xüsusən də Qərbdən dəstək almağa çalışır və eyni zamanda hökumətin istefası bəyanatını imzalamayan bəzi yüksək rütbəli hərbi qulluqçuların dəstəyindən istifadə edir.

Areşev Ermənistan Silahlı Qüvvələrinin hakimiyyətə qarşı mübarizədə qətiyyətsiz olduğunu bildirib: “Bu və ya digər şəkildə növbədənkənar parlament seçkiləri prosesi başladılıb. İndiki vəziyyətdə ölkənin yeni sarsıntılara məhkum olacağı göz qabağındadır. Orta müddətdə iqtisadi çökmə baş verə bilər”.

Ordunun hakimiyyətə qarşı mübarizə məsələsinə gəldikdə, rus ekspert qeyd edib ki, Silahlı Qüvvələr indiyədək bir neçə siyasi açıqlama verib, amma müxalifətin etirazlarını praktiki addımlarla dəstəkləməkdən çəkinir: “Hərbçilər həm müxalifət, həm də hakimiyyətdən maksimum dərəcədə bərabər məsafədə dayanmağa çalışır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər