8 Mart 2021 22:56
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikada koronavirusa yoluxanların sayı 3,96 milyon nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, martın 8-i üçün Afrikada koronavirusa 3 963 706 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 722 nəfəri vəfat edib, 3 540 989 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.


Müəllif: Teleqraf.com