27 Oktyabr 2014 15:36
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı 10 ildə kosmosda turistlərin uzun müddətli qalması üçün otellər qurulacaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, NASA “Jet Propulsion Laboratory”nin (JPL) sədri və Mars kəşfiyyatıçı Çarls Elaçi NASA-nın kosmos turizmi ilə bağlı planlarından danışıb.

O, çox sayda özəl şirkətlərin kosmos turizmi ilə məşğul olduğunu, “Virgin Galactic” firmasının artıq bu səyahəti 200 min dollara (təxminən 156 min AZN) həyata keçirdiyini bildirib.

Elaçi, indiki hədəflərinin kosmosda otel qurmaq olduğunu qeyd edib.

“Həmin otellərdə turistlər iki həftə qalacaqlar. Bu qarşıdakı 10 ildə mümkün olacaq. İndi şirkətlər bunun xeyirli bir iş olub-olmadığına qərarlaşdırılar. Kosmos oteli deyərkən , burada kapsulalar və şişirdilə bilinən otaqlar nəzərədə tutulur. İnsanlar otellərdə 2 həftəyə qədər qala biləcəklər”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər