10 Mart 2021 11:13
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız mətbuatı beş aydan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Fransa lideri Emmanuel Makronun bu ölkə ilə münasibətləri normallaşdırmaq üçün yeni “yol xəritəsi” üzərində işlədiyini yazıb.

Teleqraf.com xəbər verir ki, fransalı siyasi analitik Bertran Badi aylar sonra baş tutan Ərdoğan-Makron görüşü ilə əlaqədar vacib detalların olduğunu bildirib.

Badi görüşün arxasında bir neçə səbəb olduğunu və Türkiyənin əsl regional gücə çevrildiyini vurğulayıb.

Ekspert Türkiyənin Yaxın Şərq, Aralıq dənizinin şərqi və Şimali Afrikadakı proseslərin açarını əlində saxladığını söyləyib: “Makron Türkiyə ilə qarşıdurmaya davam edə bilməyəcəyini bilirdi”.

Badi Türkiyənin NATO-nun ən vacib müttəfiqi olduğunu da diqqətə çatdırıb:

“Makron danışıqların münaqişədən daha yaxşı olduğunu başa düşdüyünü deyə bilərik. Çünki avropalı müttəfiqləri Yunanıstan və Cənubi Kipr ətrafındakı son proseslərə münasibətdə Makronun arxasından getmədilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər