27 Oktyabr 2014 16:16
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Şərqi Qüdsdə 1060 ev tikmək barədə sərəncam imzalayıb.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu evlərdən 660-ı Şlomo Ramat rayonunun şimalında, 400-ü isə Xar-Xomada tikiləcək.

Qeyd edək ki, İsrail 1967-ci ildə altı günlük müharibə zamanı Şərqi Qüdsü tutub. Beynəlxalq aləm İordan çayının Qərb sahili və Şərqi Qüds ərazisini işğal olunması faktını təsdiqləyib.

Sentyabrın əvvəlində İsrail hökuməti İordan çayının Qərb sahilində 283 evin tikintisi üçün tender elan edib.

Samir


Müəllif:

Oxşar xəbərlər