“Rusiya Ermənistana ən müasir silahlarını verir, amma bu ölkənin ordusunun bunlardan istifadə edəcək təcrübəli hərbi kadrları yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Muraxovski deyib.
Ekspert təkcə müasir sistemlərin tədarükünün yetərli olmadığını, onlardan istifadə edə bilən təcrübəli və ixtisaslı zabitlərə ehtiyac olduğunu bildirib:
“Rusiya Ermənistana qabaqcıl silah sistemləri tədarük edir. Bir neçə il əvvəl Ermənistan Rusiyadan “İsgəndər” taktiki raket sistemləri aldı. Bundan əlavə, Ermənistan Rusiyadan “Tor M2” qısa mənzilli zenit-raket kompleksləri alanlardan biri oldu. Moskva Ermənistanı müasir radar və elektron döyüş sistemləri ilə də təmin edib. Sadəcə olaraq, Ermənistan silahlı qüvvələrinin qarşısında bu sistemlərə yiyələnmək vəzifəsi durur.
Bu o deməkdir ki, təkcə alt eşelona daxil olan mütəxəssislər yetişdirmək lazım deyil, eyni zamanda bütün komandanlıq və nəzarət səviyyələrindəki zabitləri taktiki, əməliyyat və strateji baxımdan yetişdirmək lazımdır. Onlar bu silah sistemlərinin silahlı qüvvələrdəki yeri və rolu, eləcə də döyüş və əməliyyatlarda istifadə edilməsinin əsaslarını öyrənməlidirlər”.