ABŞ Dövlət katibi Entoni Blinken Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanın qatili, erməni terrorçusu Amiq Sasunyanın azad edilməsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Blinken məhkəmənin qərarından məyus olduğunu bildirib.
“Kaliforniya ştatının 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı öldürməkdə ittiham olunan Amiq Sasunyan üçün verdiyi şərti həbs cəzasından məyusuq”, - açıqlamada qeyd edilib.
Blinken diplomatlara sui-qəsd təşkil edənlərin ən ağır şəkildə cəzalandırılmasının tərəfdarı olduğunu və bu cür şərti həbs cəzalarını qəbul etmədiyini söyləyib.
“Cənab Arıkanın aililəsi və Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza itkilərindən dolayı bir daha başsağlığı veririk”, - dövlət katibi vurğulayıb.