Yapon politoloq və keçmiş diplomat Akio Kavato ərazi məsələsini həll etmək üçün Cənub Kuril adaları ilə Rusiya arasındakı boğazları bağlamağı təklif edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Newsweek Japan” portalı üçün yazdığı məqalədə bildirib.
Söhbət Laperuza və və Sanqar boğazlarından - Rusiya və dörd ada arasındakı əsas tədarük yollarından gedir. Bununla yanaşı, politoloq hesab edir ki, Tokio Kuril məsələsini həll etməyə tələsməməli, Rusiyanın gücünün 1990-cı illərdə olduğu kimi zəifləməsini gözləməlidir. Eyni zamanda, bunun yaxın gələcəkdə olmayacağını, bu səbəbdən Yaponiyanın uzun bir müddəti tənzimləməsi lazım olduğunu deyib.
Bundan əvvəl Yaponiya Nazirlər Kabinetinin rəhbəri Katsunobu Kato rəsmi Tokionun Kuril adaları məsələsinin son həllinə nail olmaq istədiyini söyləyib. Rusiya Xarici İşlər Nazirliyi Katonun açıqlamasına reaksiya verib və Moskvanın Kuril adalarının Yaponiyaya verilməsi nəzərdə tutan bir sülh müqaviləsinin bağlamasının müzakirə edilə bilməyəcəyini bildirib.
İkinci Dünya müharibəsindən sonra Moskva və Tokio arasında barışıq müqaviləsi bağlanmayıb. Buna əsas maneə olan səbəb Kurilin cənub hissəsi - İturup, Kunaşir, Şikotan və Xabomay adalarının üzərində həll edilməmiş ərazi mübahisəsi olub. Yaponiya tərəfi Cənubi Kurili “şimal əraziləri” adlandırır və Rusiya isə bunu tanımır. Beynəlxalq birlik Cənubi Kurili Yaponiyanın bir hissəsi olaraq qəbul edib.