13 Mart 2021 00:25
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya NATO gəmilərini, xüsusilə ABŞ Hərbi Dəniz Qüvvələrini Qara dənizdə batırmaq gücündədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Zvezdı” nəşrində bildirilib.

“Mütəxəssislərin fikrincə, silahlanmış Rusiya təyyarələri təxribatçıları Qara dənizin dibinə göndərmək üçün kifayətdir”, - nəşrin ABŞ Donanmasına məxsus “Donald Cook”-un son hədələri ilə bağlı dərc etdiyi məqalədə deyilib.

Nəşrə görə, Amerika tərəfinin bu cür hərəkətləri rus ordusunun inkişafına kömək edir.

Mənbə Rusiyanın potensial düşmənin hücumunu dəf etməyə hazır olduğunu yazıb, eyni zamanda, ABŞ-ın Qara dənizdə status almağa cəhd göstərdiyini bildirib.

Qeyd edək ki, “The Drive” jurnalı bundan əvvəl ABŞ Hərbi Donanmasının İspaniyada yerləşən “Arleigh Burke” tipli esminesində Rusiyanın gəmi əleyhinə raketlərini məhv etmək gücündə olan sistemlər olduğunu yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər