13 Mart 2021 08:05
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terrorçuları tərəfindən İraqın şimalında Ərbil şəhərində təşkil edilən partlayış nəticəsində “peşmərgə” adlanan kürd silahlılarından biri həlak olub.

Teleqraf.com xəbər verir ki, bu hadisə Sidekan yaşayış məntəqəsi ərazisində baş verib. Bildirilir ki, yolun kənarına qoyulmuş partlayıcı qurğu silahlıların olduğu avtomobil ərazidən keçərkən işə düşüb. Partlayış zamanı daha bir silahlı yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər