İsrail və Yunanıstan arasında müdafiə əməkdaşlığı çərçivəsində 3 illik müddətə Afinaya verilməsi qərarlaşdırılan Pilotsuz İçuş Aparatları (PUA) İskiri adasındakı 135-ci hava bazasında yaradılacaq xüsusi bazada yerləşdiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunan mediası məlumat yayıb.
Qeyd edilib ki, PUA-lardan istifadə edəcək yunan əsgərləri İsraildə təlimlərini başa çatdırıblar. "Horon" dronlarının yaxın günlərdə Yunanıstana gətiriləcəyinin planlandığı xüsusilə qeyd edilib.
Aparılan araşdırma zamanı bəlli olub ki, Yunanıstan quru qoşunlarında VI Pigasos, I Block və 8 Sperver model dronlar var, ancaq bunlar köhnə nəsil olduğundan Türkiyə dronları ilə müqayisədə çox zəifdir.
İsraildən alınacaq "Horon"ların xidməti Yunanıstan dəniz sərhədləri, qaçqın axınları və Türkiyənin hərəkətlərini daha yaxından izləmək olacaq.