ABŞ Almaniyaya 1,77 milyard dollarlıq silah satacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin Konqresə göndərdiyi məlumatda bildirilib.
Dövlət Departamentinin bildirişində Avropanın təhlükəsizliyi məsələsində NATO müttəfiqi olan Almaniyaya silah satışının önəmli olduğu qeyd edilib.
Məlumata görə, Almaniyaya 5 ədəd Boeing P-8A, Poseidon sualtı və səth əleyhinə döyüş təyyarələri, çoxfunksiyalı kəşfiyyat paylama sistemlərinin birgə taktiki radio sistemləri, 12 LN-251 inteqrasiya edilmiş qlobal yerləşdirmə sistemləri və digər sistemlər satılacaq.