13 Mart 2021 21:49
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası dövlət başçısı Vladimir Zelenskinin prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın qurultayından sonra Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya keçirdiyi mətbuat konfransında məlumat verib.

“Biz Vladimir Zelenskidən ikinci dəfə prezident seçkilərində namizədliyini irəli sürməsini istəyəcəyik”, - deyə fraksiya rəhbəri əlavə edib.

Vladimir Zelenski prezident seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə qərarını hələ ki bildirməyib.

Qeyd edək ki, “Xalqın xidmətçisi” partiyasının qurultayı martın 13-də keçirilib. Qurultayda struktur dəyişiklikləri edilib, Siyasi Şuranın yeni tərkibi seçilib.


Müəllif: Teleqraf.com