14 Mart 2021 15:10
5 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə silahlı qarşıdurma olacağı təqdirdə, tank bölmələrinin döyüşü Böyük Britaniyanın lehinə olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin hesabatında bildirilib.

“İngilis ordusu Şərqi Avropada bərabər gücdə bir rəqiblə - Rusiya ilə döyüşə girsəydi, şübhəsiz ki, dünyanın ən yaxşılarından biri olaraq qalmış əsgərlərimiz köhnəlmiş zirehli texnika ilə mübarizə aparmalıdırlar”, - hesabatda qeyd edilib.

Hesabat müəllifləri döyüş texnikalarının bir çoxunun 30 yaşından yuxarı, mexaniki etibarlılığının aşağı, atış gücünün müasir artilleriya və raket sistemlərindən ciddi dərəcədə zəif olduğunu və kifayət qədər hava dəstəyi almadığını bildiriblər.

Parlamentarilər Britaniya Müdafiə Nazirliyinə müraciət edərək, hərbi texnika parkını yeniləməyə çağırıb: “Bu, ordunun ümumi potensialına və döyüş gücünə təsir göstərir, xüsusən də Rusiya kimi potensial bərabər bir rəqib qarşısında...”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər