15 Mart 2021 16:51
5 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyadakı hərbi əməliyyatları zamanı 112 hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov açıqlama verib.

Krasov qeyd edib ki, suriyalılar on ildir qanlı müharibədən əziyyət çəkirlər, bu illər ərzində ölkə viranəliyə və xaosa qərq olub.

Bundan əvvəl Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın Suriyadakı uğurlarından danışıb.

Onun sözlərinə görə, Moskvanın səyləri Suriyada terrorizm, qan tökülməsi, xaos və hakimiyyətin zorla dəyişdirilməsinin qarşısını almağa imkan verib.

Qeyd edək ki, ABŞ, Rusiya, Avropa Birliyi və digər dövlətlərin tərəf kimi iştirak etdiyi Suriya vətəndaş müharibəsində 30 minə yaxın mülki insan həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu