27 Oktyabr 2014 23:48
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya məxsus hərbi təyyarələr “Açıq Hava Sahəsi” müqaviləsi çərçivəsində Türkiyədə müşahidə uçuşları həyata keçirəcək.

Axar.az xəbər verir ki, rus təyyarələri Türkiyə səmalarında uçuşlarını 27-31 oktyabr tarixlərində gerçəkləşdirəcəklər.

Uçuşlarda An-30B təyyarəsindən istifadə olunacaq. Təyyarələrin 1500 km məsafədə uçuş gerçəkləşdirəcəyi bildirilib.

Qeyd edək ki, “Açıq Hava Sahəsi” müqaviləsinə üzv olan dövlətlərin bir-birlərinin hava məkanında müşahidə uçuşları keçirmək hüquqları var.


Müəllif:

Oxşar xəbərlər