Əfqanıstanın şimal-şərq hissəsində “Taliban” silahlılarının Gündüz şəhər prokurorluğuna hücumu nəticəsində 10 nəfər ölüb.
Teleqraf.com-un Associated Press-ə istinadən verdiyi xəbərə görə, əvvəl idarənin qarşısında terrorçu-kamikadze özünü partladıb, sonra isə minalanmış avtomobildəki partlayıcı qurğu işə düşüb.
Hökumət qüvvələri ilə dörd saat davam edən qarşıdurma zamanı 7 prokurorluq əməkdaşı, 2 polis və bir dinc sakin ölüb, ən azı 10 nəfər yaralanıb.