Səudiyyə Ərəbistanı ilə Yunanıstan martın 16-dan etibarən Şərqi Aralıq dənizində hərbi təlimlərə rəsmən start verib.
Teleqraf.com bildirir ki, Səudiyyə Ərəbistanına aid 6 ədəd F-15 SA qırıcıları Yunanıstan hərbçiləri ilə birlikdə təlimlərə qatılmaq üçün martın 13-də Krit adasındakı Souda hava bazasına enib.
Bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyad hökumətinin qərarına sərt reaksiya verərək “Yunanıstanla müştərək təlimlərə qatılmaları bizi üzüb” ifadəsini işlədib.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi təlimlə bağlı görüntülər yayımlayıb.