17 Mart 2021 22:26
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti həmişəki kimi soyuqqanlılığını qorumağa çalışacaq və Baydenlə kəllə-kəlləyə gəlməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ABŞ liderinin Rusiya prezidenti haqda səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Nəhayət uzun fasilədən sonra ABŞ Prezidenti Co Bayden Ağ Evdə ilk müsahibəsini verib. Ağ Ev sahibi “ABC” kanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırıb.

Bayden bunun ardınca dedi ki, Amerika kəşfiyyatının ona təqdim etdiyi hesabata görə Putinin əmri ilə Rusiyanın müvafiq strukturları ABŞ-da ötən il keçirilən prezident seçkisinə müdaxilə edib. “Buna görə Putin cavab verəcək” deyən Bayden Rusiyaya qarşı hansı addımların atılacağını konkretləşdirməyib.

Aydındır ki, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir.

Başqa bir dövlətin, özəlliklə də Rusiyanın lideri üçün “qatil” ifadəsinin işlənməsi ağır gəlir. Görəsən, Putinin buna cavabı nə olacaq? Kreml sahibi həmişəki kimi soyuqqanlılığını qorumağa çalışacaq və Baydenlə kəllə-kəllə gəlməyəcək. Ancaq Putin mahir siyasətçi və hiyləgər kəşfiyyatçıdır. O komandasına Amerika əleyhinə çalışmalara davam etməyi əmr verəcək. Putinin Trampla dostluğuna mane oldular, Bayden isə bəri başdan deyir ki, ”Kreml sahibi mənim düşmənimdir”.

Ona görə Putinin Baydenlə düşmənçiliyi davam etdirməkdən başqa alternativi yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər