İran ordusunun (SEPAH) iki hərbçisi Suriyada öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Təsnim” agentliyi məlumat yayıb.
Məlumatda hərbçilərin Əl-Məyadin qəsəbəsində baş verən döyüşlərdə həlak olduğu bildirilib. Lakin baş verən olayın əlavə təfərrüatı açıqlanmayıb.
İranlı hərbçilərin İsrailin Dəməşq ətrafında yerləşən hərbi mövqeləri raket atəşinə tutması nəticəsində öldürüldüyü təxmin edilir.
Xatırladaq ki, İsrail ordusu martın 16-da İranın Dəməşq ətrafındakı hərbi mövqelərini raket atəşinə tutub.
Qolan Təpələrindən baş verən hücumda İranın Dəməşq yaxınlığındakı hərbi qüvvələri və silah anbarlarının hədəfə alındığı iddia olunub.